(070)-610-66-06

Türkiyədə təhsil (magistr)

Türkiyənin Dövlət Üniversitetlərində Necə Magistr Təhsili Ala Bilərəm ?

Xaricdə Təhsil almaq bir çox gəncin arzusudur. Xüsusilə bakalavr təhsilini xaricdə ala bilməyən tələbələr, magistr təhsilini xarici üniversitetlərdə davam etdirmək istəyirlər. Bu ölkələr sırasında Türkiyədə təhsil almaq istəyənlər daha çox olur. Həm bizə yaxın olması, mədəniyyətlərin oxşarlığı və təhsilin yüksək səviyyədə olması tələbələr bu ölkəni seçməyə imkan verir.

Türkiyədə Həm Dövlət Universitetlərində, Həm Də Özəl Universitetlərdə Magistr Təhsili Ala Bilərsiz.

Dövlət Universitetlərində Necə Təhsil Ala Bilərəm?

Türkiyədə demək olar ki, bütün bölgələrində dövlət universitetləri var. Təhsil haqqı az olduğu və keyfiyyətli təhsil olduğu üçün dünyanın bir çox ölkəsindən burda oxumaq üçün müraciət edən tələbələr var. Bu da onu göstərir ki, qəbul üçün rəqabət güclü olur.

Magistr təhsili TezliTezsiz olaraq iki yerə ayrılır. Tezli proqram oxuyanlar sonrada doktorantura təhsili ala bilər, tezsiz proqram oxuyanlar doktoranturaya müraciət edə bilməz. Başqa heç bir fərqi yoxdur tezli ilə tezsiz proqramın. Türkiyədə dövlət universitetlərində oxumaq üçün baçlıca şərt təhsil almaq istədiyiniz ixtisas bakalavr pilləsində oxuduğunuz ixtisas ilə eyni olmalı və ya yaxın sahə olmalıdır. Növbəti şərt bakalavr pilləsində oxuduğunuz müddətdə GPA (ortalama bal) yaxşı olmalııdır. Ən az 80-dən yuxarı olsa qəbul şansınız yüksək olar. Tezli proqramda oxumaq üçün demək olar bir çox universitetlər ALES imtahan nəticəsi tələb edir. Bundan əlavə ortalama balınız, ixtisasın eyni olması şərtdir. Ayrıca bəzi universitetlər sizi müsahibəyə çağıra bilər.Tezsiz proqramlar üçün ALES şərti yoxdur. Əgər ixtisası dəyişmisinizsə, sizə əlavə olaraq müsahibəyə mütləq çağracaqlar və sizə seçdiyiniz ixtisasla bağlı sual verəcəklər. Tezsiz proqramlara qəbul olmaq daha rahatdır, nəinki tezli proqramlara. Həm tezli, həm də tezsiz proqramlarda əgər türkcə oxumaq istəsəniz sizdən TÖMƏR imtahanı tələb edəcəklər. Bu imtahan türk dili imtahanıdır və türk dili biliyinizi təsdiq etmək üçün verilir. Bu imtahan  öncədən də verə bilərsiz və ya universitetə başlayanda sizi test edəcəklər, əgər uğurlu olarsa birbaşa universitetə başlayırsız, uğursuz olarsa, hazırlıq keçirsiz.

Əgər ingiliscə proqram seçsəniz sizdən TOEFL imtahanı tələb edəcəklər. TOEFL imtahanı sizin ingilis dili biliklərinizi təsdiq etmək üçün verilir.

Təhsil Haqqı Nə Qədərdir?

Dövlət universitetlərində təhsil haqqı təxminən 500-2000 manat arasındadır. Amma bəzi tezsiz proqramlar var ki, bahadır. Məsələn Marmara universitetində tezsiz proqramlar 10.000 TL-dir.

 

Türkiyənin Özəl Üniversitetlərində necə magistr təhsili ala bilərəm?

Özəl Universitetlərdə Magistr Təhsili

Dünyanın bir çox yerlərində olduğu kimi Türkiyədə də bir sıra özəl universitetlər dövlət universitetlərindən üstündür. Təhsil haqqı yüksək olsa da, tələbəyə dəyər vermək, daha yaxşı təhsil sisteminin olması və s. görə özəl universitetlər seçilir. Özəl universitetlərə qəbul üçün ortalama balınız və TOEFL (ingiliscə proqramlar üçün), TÖMƏR (Türk dili proqramlar üçün) imtahanları tələb olunacaq. Əlavə olaraq özəl Üniversitetlərdə nəticələri yaxşı olan tələbələrə təqaüd verilir. Təhsil haqqı 1500 dollardan başlayır.

 

Qəbul üçün nə etməliyəm?

Türkiyə universitetlərinə yüzlərlə gənci qəbul içini görən EM COMPANY, sizin də Türkiyədə təhsil almaq xəyallarınızı reallığa çevirə bilər. Biz sizə universitet seçimi, yataqxana sifariş etmək, qəbul prosesi, ixtisas seçimi və s. işlərdə xidmət göstərməyə hazırıq. Əgər zəmanətli qəbul olmaq istəyirsinizsə, bizə müraciət edə bilərsiz.

 

 

MAGİSTR TƏHSİLİ ÜZRƏ TÜRKİYƏNİN DÖVLƏT UNİVERSİTETLƏRİNİN SİYAHSI VƏ LAZIM OLAN SƏNƏDLƏR.

ALES, YDS, GRE, GMAT imtahan nəticəsi olmadan Türkiyənin ƏN prestijli,  ƏN populyar,  ƏN Reytinqli dövlət universitetlərində istədiyiniz ixtisasda təhsil alma şansı!  

Sadəcə Bakalavr diplomu ilə öz ixtisasınıza uyğun və ya fərqli ixtisaslarda magistratura təhsili almanız üçün möhtəşəm təklif..!

Göstərilən Siyahı Üniversitetlərin  Bir Hissəsidir, Əlavə İstədiyiniz Üniversitet Varsa Bizə Müraciət Edə Bilərsiniz.

 

İstanbul Üniversitesi

Eskişehir – Anadolu Üniversitesi

Eskişehir – Osmangazi Üniversitesi

Muğla Sıtkı Koçman Üniversitesi
 

Niğde Ömer Halisdemir Üniversitesi

Kocaeli Üniversitesi

Edirne – Trakya Üniversitesi
 

Yalova Üniversitesi

Zonguldak – Bülent Ecevit Üniversitesi

Samsun – Ondokuz Mayıs Üniversitesi

Mersin Üniversitesi

İzmir – Katip Çelebi Üniversitesi

Çanakkale Onsekiz Mart Üniversitesi

Kastamonu Üniversitesi

Kayseri – Erciyes Üniversitesi
 

Rize – Recep Tayyip Erdoğan Üniversitesi
 

Sakarya Üniversitesi

Kırıkkale Üniversitesi

Aydın Adnan Menderes Üniversitesi

Erzurum – Atatürk Üniversitesi

Mimar Sinan Güzel Sanatlar Üniversitesi

Nevşehir Hacı Bektaş Veli Üniversitesi

Manisa Celal Bayar Üniversitesi

Kütahya Dumlupınar Üniversitesi

 

Diqqət! Yuxarıda qeyd edilən dövlət universitetlərinə xüsusi kontenjanlara xaricdə təhsil almış,  Təhsil Mütəxəssislərimiz tərəfindən 100% qəbul zəmanəti verilir. Uğurla əldə edəcəyiniz diplom dünyanın bütün ölkələrində rəsmən tanınmaqdadır.

Tələb Olunan Sənədlər: 
1. Bakalavr Diplomu
2. Akademik Transkript
3. Xarici Passport
4. Europass CV
5. İki Ədəd Akademik Referans Məktubu

  • Və Bu Sənədlərin Türkcə Tərcümə Və Təsdiqi.

 ​​​​​​​