turkiyede tehsil

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanmışdır.
Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və
bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir.
Dövlət Proqramı bu sahədə mövcud olan beynəlxalq təcrübə və meyillər nəzərə alınaraq hazırlanmışdır.
Dövlət Proqramında bu sahədə müşahidə edilən qlobal trendlər və onların ölkə potensialına təsirləri qiymətləndirilmiş, mövcud vəziyyət təhlil edilmiş, uzunmüddətli dövr üçün strateji baxış formalaşdırılmış, hədəf göstəriciləri və prioritet istiqamətlər, o cümlədən icra müddətləri
göstərilməklə müvafiq tədbirlər, əsas və digər icraçılar, gözlənilən təsirlər, icra mexanizmləri təsbit edilmişdir.
Dövlət Proqramının əsas istiqamətləri aşağıdakılardır:

Reklam
turkiyede tehsil

  • prioritet istiqamətlər üzrə ixtisas sahələrinin müəyyən edilməsi;
  • prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının müəyyən edilməsi;
  • Dövlət Proqramında iştirakın seçim meyarlarının və prosedurlarının müəyyən edilməsi;
  • xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı qaydaların müəyyən edilməsi;
  • Dövlət Proqramı məzunlarının məşğulluğunun təmin edilməsi imkanlarının yaradılması.
    Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcəkdir. Ali təhsilin bakalavriat səviyyəsində təhsil almaq üçün seçimdə beynəlxalq fənn olimpiadaları qaliblərinə üstünlük verilməsi Dövlət Proqramı çərçivəsində istedadlı gənclərin dünyanın qabaqcıl ali təhsil müəssisələrindən məzun olaraq ölkəmizin gələcək inkişafına əlavə dəyər yaratmalarını təşviq edəcəkdir. Ali təhsilin magistratura səviyyəsində intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə və yüksək texnologiyalara əsaslanan ixtisaslara üstünlük verilməsi isə əmək bazarında müasir bacarıqlara malik ixtisaslı kadrların sayını artıracaqdır. Dövlət Proqramının icrası ölkədə daha keyfiyyətli insan kapitalının formalaşmasına və Azərbaycan Respublikasının beynəlxalq reytinqlərdə mövqelərinin əhəmiyyətli şəkildə yaxşılaşmasına şərait yaradacaq, əmək bazarında tələb olunan ixtisas sahələri üzrə peşəkar kadrlar hazırlanacaq, ölkəyə qayıdan məzunların ən müasir təcrübə və biliklərdən istifadə edərək göstərəcəkləri fəaliyyət ölkənin tərəqqisinə töhfə verəcəkdir. Bundan başqa, Dövlət Proqramı məzunlarının məşğulluğunun təmin edilməsi və karyera inkişafının stimullaşdırılması mexanizmlərinin yaradılması nəzərdə tutulur.
    Neft gəlirlərinin insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq, Dövlət Proqramı Dövlət Neft Fondunun vəsaiti, eləcə də beynəlxalq təşkilatların texniki və maliyyə yardımları, kredit və qrantlar, mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi şəxslərin, habelə fiziki şəxslərin ianələri hesabına maliyyələşdiriləcəkdir.

Dövlət Proqramının əsas məqsədləri aşağıdakılardır:

  • qlobal trendləri və Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf potensialını nəzərə alaraq, cəmiyyətin prioritet istiqamətlər üzrə bilik, bacarıq və səriştələrə malik peşəkar kadrlara olan tələbatının təmin edilməsi;
  • istedadlı gənclərin Azərbaycan Respublikasının dayanıqlı inkişafı üçün zəruri olan müasir səriştələrə yiyələnməsi üçün nüfuzlu xarici ali təhsil müəssisələrindəki təhsil proqramlarına yönəldilməsi;
  • gənclərin xarici ölkələrdə təhsil almalarına dövlət dəstəyinin davam etdirilməsi və bununla bağlı səmərəli maliyyələşmə mexanizminin yaradılması;
  • istedadlı gənclərin, o cümlədən beynəlxalq fənn olimpiadaları qaliblərinin, habelə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənc mütəxəssislərin nüfuzlu xarici ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə təhsilinin stimullaşdırılması;
  • Dövlət Proqramı çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində təhsilini uğurla bitirmiş gənclərin Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edəcək prioritet sahələrdə məşğulluğu üçün imkanlar yaradılması

Dövlət Proqramının icrası zamanı aşağıdakı prioritet ixtisas sahələrinə üstünlük veriləcəkdir:

informasiya texnologiyaları;

  • mühəndislik;
  • statistika və verilənlərin təhlili;
  • fundamental və tətbiqi elmlər;
  • ictimai səhiyyə;
  • təhsil;
  • ətraf mühit;
  • aviasiya və kosmos;
  • dövlət idarəetməsi;
  • nəqliyyat və logistika;
  • energetika;
  • iqtisadiyyat;
  • maliyyə;
  • arxitektura və dizayn

Reklam
turkiyede tehsil

0/5 (0 Reviews)