turkiyede tehsil

Asiya ilə Avropanın kəsişməsində yerləşən Türkiyə bu bölgənin üstünlüyü ilə zəngin mədəniyyətə malikdir. Türkiyədə təhsil almağın faydaları mədəni elementlərin gətirdiyi müasir və texnoloji sistemlə birləşdirilir. Beləliklə, tələbələr müasir baxışa sahib olurlar. Türkiyədə təhsilin üstünlükləri ilə bağlı çoxlu müxtəlif mövzular var. Onlardan biri həm dövlət, həm də özəl universitetlərin, texnologiyanın hər cür imkanının olması hər il çoxlu sayda yerli tələbələrin Türkiyəni seçməsinə şərait yaradır.

Təhsildə Yüksək Standartlar

Türkiyə Respublikasında yerləşən universitetlərin dünya miqyasında etibarlılığı var. Bu mövzuda;

  • Keyfiyyətli təhsil sistemi
  • Savadlı və peşekar müəllim heyəti
  • Xarici universitetlər ilə əməkdaşlıq və uğurla inteqrasiya olunan təhsil sayəsində standartlardan xeyli yüksək təhsil təklif edilir.

Beləliklə, tələbələr həm akademik, həm də sosial məsələlərdə özlərini xeyli inkişaf etdirə bilərlər.

Beynəlxalq Diplom

Türkiyə universitetlərində təhsil aldıqdan sonra məzun olan tələbələr Avropa və ABŞ daxil olmaqla, çox ölkədə etibarlı olan ekvivalent diplom əldə edirlər. Hər bir universitetin diplom ekvivalent statusu bir-birindən fərqli ola bilər. Buna görə də tələbələr daxil olmaq istədikləri ali təhsil müəssisənin nizamnaməsinə istinad etməlidirlər.

Tələbə Yönümlü Kampuslar

Türkiyədə hər bir universitet müasir texnologiya və imkanlar baxımından tam təchiz olunmuş rahat və geniş bir quruluşa malikdir.

Kitabxanalar zəngin strukturu ilə biliyin qapılarını tələbələrə açmaqdadır. Ən dəqiq nəticələr isə texnoloji və müasir laboratoriyalarda asanlıqla əldə edilir. Bunların təsiri ilə hər bir tələbə özünü akademik olaraq yetişdirərək doğru məlumatı əldə edə bilər.

Bundan əlavə, tələbələrə müxtəlif sosial imkanlar da təklif olunur. Həmin təkliflərin bəzilərini aşağıdakı kimi sadalamaq olar;

Reklam
turkiyede tehsil

  • Tələbə klubları
  • Bədii fəaliyyət sahələri
  • İdman klubları və s.

Bu seçimlər sayəsində tələbələrin akademik uğurları ilə yanaşı, özlərini sosial fərd kimi yetişdirmələri də mümkündür. Hər bir tələbənin ən əsas ehtiyacları olan nəqliyyat, qidalanma və yaşayış üçün qabaqcıl və müasir seçimlərlə də təmin edilirlər. Bir çox universitetlərin özünə məxsus və ya nəqliyyat məsafəsində yerləşən yataqxanaları vardır. Bu yataqxanalar həm özəl, həm də dövlətə məxsus ola bilər. Bundan əlavə, tələbələr üçün evlər, otaqlar və mənzillər də mövcuddur. Universitetlərin kefiyyətli, sərfəli və gigiyenik yeməklər təqdim edən öz bufetləri də var.

1.Türkiyədə təhsil haqqı qiymətləri nə qədərdir?

Digər Avropa ölkələri ilə müqayisədə Türkiyə universitetlərində illik təhsil haqqı qiymətləri çox sərfəlidir. Dövlər universitetlərində illik təhsil haqqı qiymətləri 1175 türk lirasından (305 manat) başlayır. Bununla yanaşı, universitet tələbələrə təhsil haqqını iki hissəyə bölərək 6 aydan bir ödəniş etməyi də təklif edir.

2. Tək Attestatla təhsil almaq üçün hansı sənədlər tələb olunur?

Şəxsiyyət vəsiqəsi
Transkript
3×4 8 ədəd Fotoşəkil

3. Tükiyədə yataqxana və ya kirayə mənzillərin qiyməti nə qədərdir?

Yataqxana və ya kirayə mənzillərin qiyməti bəzi kriteriyalara əsasən dəyişir. Sizin təhsil aldığınız şəhər və qalmaq istədiyiniz mənzil və ya yataqxananın şəraitindən, universitetlə qaldığınız yerin məsafəsindən asılı olaraq qiymətlər müxtəliflik göstərir. Lakin ortalama olaraq qiymətlər 335-604 tl (100-180 manat) arasındadır.

4. Türkiyəyə gediş haqqı qiymətləri nə qədərdir?

Avtobusla gediş haqqı 50-60 dollardır.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Reklam
turkiyede tehsil

5/5 (1 Review)